İşığın sönməsi Masallıda faciəyə səbəb olub
Azərbaycanın bölgələrində bir neçə ay əvvələ qədər elektrik enerjisi hər gün mütəmadi olaraq fasilələrlə verilirdi. İndi bəzi bölkələrdə fasilələrin sayı azalsa da, fasilə rejimi yenə davam edir. Məsələn, Beyləqanda bu fasilələr bəzən bir neçə sutka ara versə də, cənub bölgəsində fasilələr mütəmadi xarakter daşıyır. Beyləqan rayonuna qonşu olan rayonlarda da fasilələr mütəmadi xarakter daşıyır. "Azərişıq" ASC-nin Beyləqan rayon elektrik şəbəkəsindən bildirildi ki, kəndlərin elektrik verilişı xəttləri köhnə olduğundan əlverişsiz hava şəraiti yarananda elektrik verilişi təhlükəsizlik baxımından söndürülür. Qalan vaxtlarda isə elektrik verlişində fasilələr olmur.
Amma bir çox hallarda regionlarımızda elektrik verilişinin kəsilməsi özü bədbəxt hadisələrə səbəb olur.
Masalan, 21-ci əsr olmasına rəğmən Azərbaycanının Masallı rayonunun Hüseynhacılı kəndində "Azərişıq" ASC-nin işıqları söndürüb. Ailələrdən biri isə evdə şam yandırıb. Lakin evdə yanan şam yanğına səbəb olub.
Hadisə zamanı 38 yaşlı ana və 10, 12 yaşlarında iki oğlu uşağı yanaraq ölüb. Daha 2 nəfər isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Bu da sizin üçün təhlükəsizlik tədbirləri.