İşığın sönməsi Masallıda faciəyə səbəb olub
Azərbaycanın bölgələrində bir neçə ay əvvələ qədər elektrik enerjisi hər gün mütəmadi olaraq fasilələrlə verilirdi. İndi bəzi bölkələrdə fasilələrin sayı azalsa da, fasilə rejimi yenə davam edir. Məsələn Beyləqanda bu fasilələr bəzən bir neçə sutka ara versə də cənub bölgəsində fasilələr mütəmadi xarakter daşıyır. Beyləqan rayonuna qonşu olan rayonlarda da fasilələr mütəmadi olaraq davam edir. "Azərişıq" ASC-nin Beyləqan elektrik şəbəkəsindən bildirildi ki, elektrik verilişı xəttləri köhnə olduğundan əlverişsiz hava şəraiti olanda elektrik verilişi təhlükəsizlik baxımından söndürülür, qalan vaxtlarda elektrik verlişində fasilələr olmur.
Amma bir çox hallarda elektrik verilişinin kəsilməsi özü bədbəxt hadisələrə yol avır.
Masalan, 21-ci əsr Azərbaycanının Masallı rayonunun Hüseynhacılı kəndində "Azərişıq" ASC-nin işıqları söndürüb. Ailələrdən də biri evdə şam yandırıb. Lakin evdə yanan şam yanğına səbəb olub. Hadisə zamanı 38 yaşlı ana və 10-12 yaşlarında iki oğlu uşağı yanaraq ölüb, daha 2 nəfər isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Bu da sizin üçün təhlükəsizlik tədbirləri.