Saakaşvili: "Bu seçkidə mən oliqarxları Gürcüstanın pəncəsindən atacağam"

 

"Bu seçkilərdə mən oliqarxları Gürcüstanın pəncəsindən atacağam, ona görə buradayam, ona görə də imtiyazlardan, rahatlıqlardan imtina etdim, həyatımı təhlükəyə atdım və gürcü xalqını xilas etmək üçün səyimi əsirgəməyəcəyəm". Bu sözləri eks prezident Mixeil Saakaşvili sosial media hesabında qeyd edib.

Onun sözlərinə görə, İvanişvili və komandası reallıqdan tamamilə ayrılıb: “(Postları dəyişməklə) xalqımızı bir daha məsxərəyə qoyurlar - İvanişvili və komandası reallıqdan tamamilə uzaqlaşıb. Bu gün vətəndaşlarımız öz ölkələrində yaşamaq üçün iqtisadi imkanları çətinləşib. Artıq neçə illərdir ki, İvanişvilinin sərvətinin ikiqat artdığı vaxtlarda insanların həyatı yaxşılaşmır. Hakimlər, prokurorlar, deputatlar, nazirlər İvanişvilidən hər ay zərfdə “maaş” alırlar və buna görə də insanlar ayaq üstə asılır. Nepotizm və korrupsiya ölkəni bürüyüb. Bu seçkilərdə mən oliqarxları Gürcüstanın pəncəsindən atacağam. Ona görə də buradayam, ona görə də imtiyazlardan, rahatlıqdan imtina etdim, həyatımı təhlükəyə atdım və gürcü xalqını xilas etmək üçün səyimi əsirgəməyəcəyəm. Mübarizə asan olmayacaq, ancaq biz yalnız qələbəyə hazırlaşmalıyıq. Tezliklə mən nəhayət ki, bu döyüşdə öz yerimi qazanacağam”, - deyə Mixeil Saakaşvili qeyd edib.