Milli Məclisdən mürtəceh qanun
Demokratik adlanan Azərbaycanın Milli Məclisi "Siyasi Partiyalar haqqında" yeni qanun birinci oxunuşda qəbul edib. Yeni qanunda nəzərdə tutulan əsas dəyişikliklər aşağıdakılardır:
- Ardıcıl iki prezident və bələdiyyə seçkisində iştirak etməyən partiya ləğv ediləcək.
- Siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı 1000-dən 10 000-ə qədər artırılır.
- Siyasi partiyalar hər biri ən azı 20 il Azərbaycanda yaşayan 200 nəfər tərəfindən təsis edilə bilər.Siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə (manatla) qəbul edə bilər.