Qlobal ərzaq qiymətləri yanvar ayında da düşmədə davam edib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ötən ilin tendensiyasını davam etdirərək yanvar ayında da düşməkdə davam edib.
Əzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəbindən cüzi də olsa azalıb.
Dünya bazarında bəzi ərzaq mallarının qiymətində aylıq dəyişiklikləri ölçən FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvarda orta hesabla 118 bənd təşkil edib ki, bu da dekabrla müqayisədə 1%, bir il əvvəl ilə (Yanvar 2022) müqayisədə isə 10,4% aşağı düşüb.
FAO-nun Taxıl Qiymətləri İndeksi, tədarük edən ölkələr arasında güclü rəqabət səbəbindən qlobal buğda ixrac qiymətlərinin düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 2,2% azalıb. Argentinada əkin şəraitinin yaxşılaşdırılması və məhsul yığımına başlanması ilə əlaqədar olaraq qarğıdalı qiymətləri kəskin şəkildə aşağı düşüb.
Ətin qiyməti indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 1,4% azalaraq yeddinci aydır ki, enişini davam etdirib.
Eyni zamanda, FAO şəkər qiyməti indeksində artım qeydə alıb - yanvarda müvafiq indeks əvvəlki ayla müqayisədə 0,8% artıb.