Gundemxeber.az-ın elektron poçtuna göndərilən lazımi qeyd və məlumatlarda o da vurğulanır ki, bir müdət bundan öncə Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivində yerləşən “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi də, ƏMDX-də vəzifə sahibi olan Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılır. Qeyd olunan ərazini alan həmin iş adamı, hər iki şəxsin verdikləri dəstək hesabına məcburi köçkünlərin bəzi yaşayış evlərini və yardımçı təsərrüfatlarını dağıdır, hətta avtomobil və piyada yollarını da bağlayır. Məcburi köçkünlər iş adamı ilə əlbir olan ƏMDX-i əməkdaşlarının qol qoyduqları bu cür əməllərə qəti şəkildə qarşı etiraz etsələr də, nədənsə onların etirazlarına hələ də əhəmiyyət verən olmayıb. Bu da onu ehtimal etməyə əsas verir ki, Elçin Yusubov və Taleh Bəşirov məcburi köçlünlərin yaşadıqları digər evlərə də “əl qoya” bilərlər.
Qeyd edək ki, bu cür oyunlarda xüsusi rola malik olan vəzifə sahiblərindən biri Taleh Bəşirovdur ki, bu şəxsin adı zaman-zaman ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlir. Yayılan məlumatlara görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün, ona bu cür bahalı avtomobil hədiyyə olunur. Başqa bir məlumatlara görə, bu şəxsin Türkiyədə geniş biznes şəbəkəsinə malik olduğu da iddia olunur.
Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra ƏMDX-nin rəisi cənab Mətin Eynullayev, tabeliyində çalışan hər iki vəzifə sahibinin əməllərinin araşdırılmasını şəxsi nəzarətinə götürəcək və məcburi köçkünlərin baş qaldıran narazılığının aradan qaldırılması yöndə əməli addımlarını da atacaq. Unutmaq olmaz ki, hal-hazırda ölkəmiz olduqca həssas vaxtlarından birini yaşayır və qarşıdan prezident seçkilərinin keçiriləcəyi gün gəlir. Ona görə də, hər bir problemə olduqca diqqət yetirmək, problemləri aradan qaldırmaq, vətəndaş məmunluğu yaratmaq və s. hər bir vəzifə sahibindən əməli addımlarını atmağı tələb edir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.