Bakı sakini Tərtərdə kanalda boğularaq ölüb
Tərtərdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
APA xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus VAZ-21015 markalı minik avtomobilini idarə edərkən nəqliyyat vasitəsini su kanalına aşırıb.
Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev boğularaq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.