Hacıqabulda qəza: Bacı və qardaş xəsarət aldılar

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı bacı və qardaş xəsarət alıblar.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Ayxan Eldəniz oğlu Əzizli və bacısı, 2008-ci il təvəllüdlü Aydan Eldəniz qızı Əzizli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.