ABŞ-ın F-35 qırıcılarında Çin izi...
Elbəyi Həsənli
Pentaqon əl-ayağa düşüb. F-35 qırıcılarında Çin izi âşkarlanıb.
"Pentaqon F-35 qırıcılarının tədarükünü dayandırıb". Bilirsiz niyə?
Araşdırma zamanı bəll olub ki, ABŞ-ın fəxr etdiyi F-35 qırıcısının bir hissəsi, yəni qırıcının montajı zamanı gərəkən komponentlərdən biri Çində istehsal olunur.
"CNN" bildirir ki, mütəxəssislərin rəyinə görə, Çində istehsal olan komponent o qədər də önəmli bir detal deyil və qırıcının təhlükəsizliyi baxımından heç bir risk elementi daşımır...
Ancaq istənilən halda F-35 kimi ABŞ hərbi maşınının öncül hisəsində Çin istehsalı olan komponentin olması diskomfort yaradır. Çinin həmin detaldan F-35-lərin uçuşu ilə bağlı məxfi məlumatlar əldə etməsi ehtimalı az da olsa, var...
Elə bu səbəbdən də Pentaqon əl-ayağa düşüb...