Alxanlı camaatının suyuna kim zəhər qatır?

Füzulinin Alxanlı kəndində içməli suya çirkab qarışır

 

30 il arzulamışıq ki, torpaqlarımız azad edilsin, gedib torpağımızı önəcəyik, tikəcəyik, quracağıq, abadlaşdıracağır. Artıq torpaqlarımızın işğaldan azad edilməsinin ikinci il dönümünün tamam olmasına günlər qalıb. Amma hələ də işğaldan azad edilən torpaqlarımız xaraba-zardir. Bir çox işğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızı buraxmırlar ki, gedib öz təşəbbüsləri ilə qurub yaratsınlar.

Bu bir yana, Füzuli rayonunun əvvəllər atəş altında olan, boşaldılmış kəndlərində isə həyat canlanmağa başlayır. Qurub-yaratmaq həvəsi ilə işə başlayanların sayı günbəgün artmaqdadır. Belə kəndlərdən biri də Füzuli rayonunun Alxanlı kəndidir. Alxanlıda yaşayış evləri kütləvi şəkildə təmir edilir. Kənd sakinlərindən biri olan, tanınmış jurnalist "Fərqli fikir" qəzetinin baş redaktoru Qiyam Ərşadoğlu radaksiyamiza şikayət məktubu ilə müraciət edib. Baş redaktor yazır ki, Alxanlı kəndinin Orta Oba məhəlləsində su kəməri desilib: "Deşilmiş su kəmərindən axan su yolda böyük bir gölməçə yaradıb. Həmin su bir tərəfdən yolu sıradan çıxarıb. Digər tərəfdən isə suyun təzyiqi aşağı düşəndə gölməçəyə toplaşan çirkli suyun bir hissəsi yenidən geriyə, kəmərə sorulur. Kəmərə təzyiq vurulanda isə həmin çirkab içməli suya qarışaraq kənd camaatının həyətlərində axan krallardan axır. Belə bir qeyri-gigeniq şərait səbəbindən Alxanlı camaatının sağlamlığı təhlükə altındadır. Hər an Alxanlıda dizintetiya, yatalaq və digər yolxucu xəstəliklər başlaya bilər. Çünki sözügedən göldəki çirkab hər gün kənd camaatının içməli suyuna qarışır. "Azərsu" ASC-nini Füzuli rayon idarəsinə bu barədə bir neçə gün əvvəl məlumat verilib. Amma hələ də alxanlılar "Azərsu" ASC-nin yolunu gözləyir, hələ kəndin üfuqlarində də ustalar görünmür.
"Azərsu"ASC-nin Füzuli rayon bölməsinin Fuad adlı əməkdaşı bir neçə gün əvvəl bizə bildirdi ki, problemdən xəbəri yoxdur, bu gün günortadan sonra Alxanlıya gedəcək və problemi yerində həll edəcək.
Çox təəssüflər olsun ki, Fuad müəllim bizə bu gün də eyni sözləri təkrarladı. Yəqin bir ildən sonra Fuad müəllimə müraciət etsək, yenə bizə eyni nağılı danışacaq.
Dəniz