Ali Məhkəmə 4 erməni terrorçusunu azadlığa buraxdı
Bu gün Ali Məhkəmə 44 günlük müharibədən sonra Azərbaycan sərhədlərini pozduğu üçün həbs edilmiş dörd erməni hərbçinin cəzasını azaldaraq, onlar azadlığa buraxılıb. Başqa sözlə desək, Ali Məhkəmə erməni terrorçülarını cəzalarının çəkilməmiş hissəsindən azad edib. Məhkəmə prosesi qapalı keçirildiyindən məhkəmə qərardadının nə ilə əsaslandırıldığı barədə məlumat yoxdur.
Qeyd edəkki, 10 noyabır razılaşmasından sonra, 2020-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Ordusu Hadrut, Zəngilan və Şuşa rayonu ərazisində reydlər keçirmiş və ərazidən çıxmayan, onlarla erməni könüllü döyüşçünü əsir götürmüsdü. Hazırda Ali Məhkəmənin azadlığa buraxdığı dörd erməni həmin əsirlərdəndir.