Lukaşenka hərbçilərə vətəndaşlara atəş açmaq icazəsi verən fərman imzalayıb
Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ölkə hərbçilərinə vətəndaşlara qarşı silah işlətmək icazəsi verən fərman imzalayıb.
AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, Lukaşenkanın fevralın 1-də imzaladığı fərman fevralın 3-də dərc olunub.
Sənəddə deyilir ki, hərbçilər onların üzərinə qoyulmuş tapşırıqları yerinə yetirərkən fiziki gücdən, xüsusi vasitələrdən, hərbi və xüsusi texnikadan, habelə yaranmış vəziyyətdən, cinayətin xarakterindən və qanun pozanın şəxsiyyətindən asılı olaraq silahlardan istifadə edə bilərlər.
Məsuliyyət daşımırlar
Fərmanda açıq şəkildə qeyd olunur ki, vətəndaşa atəş açan hərbçilər, əgər silahdan istifadə ümumqoşun nizamnamələrinə uyğun olmuşsa, vətəndaşın sağlamlığına vurulmuş zərərə görə məsuliyyət daşımırlar.
Sənəddə bu da qeyd olunur ki, atəş açmış hərbçi bu barədə dərhal istintaq orqanlarına xəbər verməli, yaralıya ilk tibb yardım göstərməlidir.
O vaxt ölkə Daxili İşlər Nazirliyi təsdiq etmişdi ki, Brestdə milislər etiraz aksiyası iştirakçılarına atəş açıblar və bir nəfər yaralanıb.
Nazirliyin məlumatında deyilirdi ki, milislər əllərində armatur olan bir qrup aqressiv vətəndaşın başlarının üstündən atəş açsalar da, onlar bu xəbərdarlıq atəşələrinə məhəl qoymayıblar.
Amma Şutovun qızı demişdi ki, atasına atəşi nə milis, nə də omonçu deyil, hərbçi açıb.