"Ukraynanı maliyyələşdirən qanun olmasa, İsrailə yardıma veto qoyulacaq"


ABŞ prezidenti Co Bayden əgər Konqresin qəbul etdiyi qanunda Ukraynanın maliyyələşdirilməsi olmasa, İsrailə yardım qanununa veto qoyacaq.
Ağ Evin bu barədə bəyanatında deyilir:
"Administrasiya israrla Konqresin hər iki palatasını bu siyasi fənddən imtina etməyə və əvəzində büdcə ayırmalarına əlavə olaraq fövqəladə milli təhlükəsizlik tədbirlərinə dair ikipartiyalı qanunu mümkün qədər tez prezident masasına qoymağa çağırır”.
Bəyanatda deyilir ki, respublikaçıların İsrailin maliyyələşdirilməsinə dair ayrıca səsvermə planlaşdıran paketi nə ABŞ-ın milli təhlükəsizlik problemlərinin həllinə, nə İsrail, nə də Ukraynaya yardıma xidmət etmir.
Məlumatda bu da qeyd olunur ki, əgər prezidentə Kiyevə dəstəyi nəzərdə tutmayan qanun layihəsi təqdim olunsa, o həmin sənədə veto qoyacaq.
Demokratlar və respublikaçılar artıq bir neçə aydır ki, Ukraynaya yardıma dair razılığa gələ bilmirlər.
Respublikaçıalr ölkənin cənub sərhədlərinin möhkəmləndirilməsini və miqrasiya siyasətinin sərtləşdirilməsini tələb edirlər.
Onlar Ukraynaya yardıma, əgər bu tələbləri qəbul olunarsa səs verəcəklərini deyirlər.
Ötən bazar günü Senata 118 milyard dollar məbləğində əlavə maliyyələşdirməyə dair ikipartiyalı qanun layihəsi təqdim olunmuşdu.
Bu qanun layihəsində həm Ukraynaya, həm İsrailə yardımlar, həm də cənub sərhədlərinin möhkəmləndirilməsi nəzərdə tutulur.
Senatın silahlı qüvvələr komitəsində aparıcı rola malik respublikaçı senator Rocer Uiker də qanun layihəsini “ölü” adlandırıb.
Sənədin prosedur səsverməsindən keçməməsi o deməkdir ki, qanun layihəsinin qəbulu azı iki həftə təxirə salınacaq.
Müşahidəçilər bildirirlər ki, respubliakçıların möqveyinə, belə görünür, bu qanuna qarşı olan keçmiş prezident Donald Trampın rəyi təsir göstərir.
Nümayəndələr Palatası yalnız İsrailə yardımı nəzərdə tutan qanun layihəsini artıq noyabrda qəbul edib, lakin demokratların çoxğluğa malik olduqları Senat bu sənədə baxmaqdan imtina edib.