ABŞ-nin “Oracle Advisory” təşkilatı “exit poll”un nəticələrini açıqlayıb
ABŞ-nin “Oracle Advisory” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb.
Lim10.az-ın məlumatına görə, təşkilatın nümayəndəsi Vlada Qalan bildirib ki, Azərbaycanda bundan qabaq da seçkiləri müşahidə ediblər:
“Exit poll” 40 seçki dairəsi və beş seçki məntəqəsini əhatə edib. Biz fəxrlə söyləyə bilirik ki, 63 min nəfərdən çox seçicini müşahidə etmişik. Bizim data mərkəzimiz Bakıda yerləşirdi. 20 mərkəzdən 40 işçi bütün məlumatları daxil edib, mərkəzə və emala göndərib. Builki səsvermə əvvəlki illərə nisbətən yüksək idi. Bu gün “exit poll”u tamamladıq”.
ABŞ-nin “Oracle Advisory” təşkilatının Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrinə görə, İlham Əliyev 93,9 faiz səs toplayıb”.
Lim10.az-ın məlumatına görə, bunu təşkilatın nümayəndəsi Corc Birnbaum bildirib.
Onun sözlərinə görə, Zahid Oruc – 1,8 faiz, Fazil Mustafa 1,5, Qüdrət Həsənquliyev 1,2, Razi Nurullayev 0,9 faiz, Fuad Əliyev isə 0,3 faiz səs toplayıb.
O qeyd edib ki, bu seçki demokratiyanın qələbəsidir.
İlhamə Əbülfət