“Rəy” Monitorinq Mərkəzi “exit poll”un nəticələrini elan edib: İlham Əliyev 92,6%-lə liderdir
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb.
Lim10.az-ın məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit poll” keçirilib.
O qeyd edib ki, “exit-poll”un nəticələrinə görə, İlham Əliyev - 92,6 faiz, Fuad Əliyev - 0,84 faiz, Qüdrət Həsənquliyev - 0,46 faiz, Elşad Musayev - 0,11 faiz, Fazil Mustafa - 0,58 faiz, Razi Nurullayev - 1,16 faiz və Zahid Oruc 0,37 faiz səs toplayıblar.
O qeyd edib ki, etibarsız bülletenlər isə 0,73 faiz təşkil edib:
“Exit poll”da iştirakdan imtina edənlər 3,15 faiz təşkil edib”.
İlhamə Əbülfət