Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB + VİDEO
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Lim10.az-ın xəbərinə görə, saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.
Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80% olub.
18:04
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi 3-cü seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 77,97% olub.
Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami 2-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44,74% olub.
Qeyd edək ki, saat 17:00-a qədər respublika üzrə 4 590 075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.
16:07
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 71,25% olub.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami 2-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08% olub.
Qeyd edək ki, saat 15:00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60,54 faiz olub.
12:55
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 54,67% olub.
Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov 1-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.
Qeyd edək ki, prezident seçkisində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.
11:53
Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən seçki dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 28,50% (48 990 seçicidən 13 962 nəfər) olub.
Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov 1-ci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54 953 seçicidən 6 438 nəfər) olub.
Qeyd edək ki, prezident seçkisində saat 10:00-dək olan seçici fəallığı 19,44% olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1 259 371 nəfəri səs verib.