Regionlarda seçkinin ilkin nəticələrindən sonra bayram əhvali-ruhiyyəsi - YENİLƏNİR + FOTO/VİDEO
Xankəndidə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilir.
“Report”un məlumatına görə, sakinlər “exit-poll”un nəticələrini bildikdən sonra avtoyürüş keçiriblər.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkisində liderlik edir.
07.02.2024, 23:48
Xocavənddə seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilir.
Lim10.az xəbər verir ki, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Xocavənd ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunur.
Rayonda sürücülər dövlət bayraqları ilə dövrə vururlar. Hazırda avtoyürüşlər davam edir.
23:35
Ağdamda seçkinin ilkin nəticələri böyük coşqu ilə qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, 7 fevral 2024-cü il tarixdə ölkədə keçirilən növbədənkənar prezident seçkisində Müzəffər Ali Baş Komandan, İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanaraq növbəti dəfə prezident seçilməsi Ağdam ictimaiyyəti tərəfindən böyük coşqu ilə qeyd olunub.
Rayon sakinləri üçrəngli dövlət bayrağı, Yeni Azərbaycan Partiyasının bayrağı və İlham Əliyevin şəkilləri ilə bəzədilmiş şəxsi avtomobilləri ilə Ağdam Muğam Mərkəzinin qarşısından Bayraq meydanına doğru yürüş ediblər.
23:21
Laçın şəhərində seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar. Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.
22:49
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər bölgələrdə olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qarşılayıblar. Avtomobil karvanı kəndin mərkəzi küçələri boyunca musiqi sədaları altında yürüş edib. Həmçinin kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hisslərini paylaşıblar.
22:38
Şimal-qərb bölgəsinə daxil olan rayonlarda seçkinin ilkin nəticələrinin qeyd olunması məqsədilə avtoyürüş keçirilib.
“Report”un məlumatına görə, avtoyürüşdə Oğuz, Şəki, Zaqatala və Qax rayonlarının küçə və prospektlərində yüzlərlə avtomobil iştirak edir.
Rayonların ərazisində sürücülər dövlət bayraqları ilə dövrə vururlar. Hazırda avtoyürüşlər davam edir.
21:54
Xaçmazda yürüş keçirilib.
Növbədənkənar Prezident seçkisi ilə əlaqədar “exit-poll” nəticələri açıqlandıqdan sonra Xaçmaz şəhərində yürüş keçirilir.
Xaçmaz şəhər sakinləri də hər üç “exit-poll” nəticəsinə görə böyük fərqlə seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin qələbəsini böyük çoşqu ilə bayram ediblər.