Özbəkistan səfiri: “Azərbaycan xalqı növbəti dəfə düzgün seçim edib”
“Müdrik Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə ölkənin parlaq gələcəyinə, firavanlığına, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və beynəlxalq aləmdə yeni irimiqyaslı uğurlara imza ataraq növbəti dəfə düzgün seçim etdi”.
“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.
“Qardaş Azərbaycanı və Prezident İlham Əliyevi növbəti inamlı qələbə münasibətilə təbrik edirəm. Növbədənkənar prezident seçkisində hörmətli İlham Əliyevin qələbəsinə heç bir şübhəmiz yox idi. Müdrik Azərbaycan xalqı növbəti dəfə düzgün seçim etdi, bacı-qardaşlarımız ölkənin işıqlı gələcəyinə, onun çiçəklənməsinə, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə yeni irimiqyaslı uğurların əldə olunmasına səs verdilər”, - səfir bildirib.