Alxanlının əkinəyararlı toroaqlarını Alı Alıyevin əlaltılari əkib, becərir
Alxanlı kəndində torpaq islahatı niyə yubadılıb?
Məlum olduğu kimi ölkəmizdə torpaq islahatına 26 il əvvəl, 1996-ci ildə başlanılıb. Həmin dövrdə yalnız işğal altında olan torpaqlar istisna olmaqla, bütün ölkə ərazisində kolxoz və sovxozların torpaqları islahata getdi və torpaqlar kolxozçular və sovxoz üzvləri arasında bərabər şəkildə bölündü. Lakin nədənsə Füzulinin Alxanlı kəndində torpaq islahatı aparılmadı.
Arayış üçün qeyd edim ki, Alxanlı və Kürmahmudlu kəndləri 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib və 1994-ci ilin aprel ayında hər iki kənd ordumuz tərəfindən işğaldan azad edilib. Yəni ölkədə torpaq islahatı başlayan vaxt artıq həm Alxanlı, həm də Kürmahmudlu kəndi işğaldan azad edilmişdi. Alxanlı kəndinin Yuxarı Oba məkəlləsinin ətrafında 300 h-a qədər torpaq sahəsi neytral zonaya və cəbhə mövqelərinə düşürdu. Lakin nədənsə Kürmahmudlu kəndində torpaq islahatı həyata keçrilsə də, Alxanlı kəndində biz bunun şahidi ola bilmədik.
Füzuli rayon icra hakimiyyətində bunu onunla izah etməyə çalışırlar ki, Alxanlı kəndinin əkinə yararlı torpaqları düşmənin atəşi altında idi. Elə buna görə də torpaqlar islahata getməyib.
Çox gözəl, siz dediniz, biz də inandıq. Amma burada bir sual ortaya çıxır: bu 27 ildə -1995-ci ildən bəri Alxanlı kəndinin əkinəyararlı torpaqlarının bir qarışı belə əlindən kənarda qalıbmı? Əlbəttə, yox. 1994-cu ildən bəri yuxarıda qeyd etdiyimiz 300 h. torpaqdan başqa, Alxanlının bütün əkinəyararlı torpaqlarıpkimlər tərəfindən əkilib, becərilib? Bu torpaq alxanlılara məxsus olsa da, onu kimlər becərib, torpaq islahatı nə üçün həyata keçrilməyib?
Bu suallara cavabı yalnız Füzuli rayon icra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi cavab verə bilər.
Son vaxtlar kəndin ərazisində dövlət büdcəsindən ayrılan vəsait hesabına 3 artezyan vurulub. Kənd sakinlərinin sözlərinə görə həmin artezyandan cəmi 3-4 nəfər istifadə edə bilir. Qalan kənd sakinlərinin həmin artezyanlardan istifadə etməyə ixtiyar yoxdu.
Bütün qeyd etdiyimiz məsələlərlə bağlı Füzuli rayon icra hakimiyyətindən mövqe öyrənmək istəsək də, qurumda buna səlahiyyəti olan məmur tapa bilmədik.
Kənd sakinləri deyir ki, Alxanlının bütün əkinəyararlı torpaqlarını icra başçısı Alı Alıyevin əlaltısı olan 3-4 nəfər əkib, becərir.
Akif Nəsirli