İrakli Kobaxidze: “Biz Azərbaycan, Türkiyə və İrəvanla tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindəyik”
“Gürcüstan regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verib. Biz Azərbaycan, Türkiyə və İrəvanla strateji tərəfdaşlığımızı və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirmək niyyətindəyik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidze parlamentdə çıxış edərkən söyləyib.
O qeyd edib ki, hökumətin xarici siyasətinin əsas məqsədlərindən biri Gürcüstan-Rusiya münaqişəsinin həllidir.
İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi proqramda da bu məsələ əksini tapıb. Sənəddə deyilir ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması məsələsini “Cenevrə danışıqları” platformasında davam etdirmək niyyətindədir.
Qeyd edək ki, bu gün parlament hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi İrakli Kobaxidzenin rəhbərlik edəcəyi yeni hökumətə etimad göstərəcək.