“Laçın dəhlizinin əhəmiyyətinin səbəbləri: Qarabağ üçün sərt qış ehtimalı”


İranın “Tahlil Bazaar” saytı Zəngəzur dəhlizinin açılması ilə bağlı yazır:

“2020-ci il atəşkəs razılaşmasının ən mühüm müddəalarından olan 9-cu maddədə deyilir: “Ermənistan hökuməti insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir”. Bu, rəsmi Bakının Zəngəzur dəhlizi adlandırdığı və Laçın dəhlizini sözügedən 43 kilometrlik dəhlizin işə salınmasının mümkünlüyü ilə şərtləndirdiyi yoldur.

Əslində, Zəngəzur dəhlizi olmadan Laçın dəhlizi və Laçın dəhlizi olmadan “Dağlıq Qarabağ” olmayacaq. Əksinə, nə qədər ki, “Zəngəzur dəhlizi” var, Laçın dəhlizi olacaq və nə qədər ki, bu dəhliz var, “Dağlıq Qarabağ” da olacaq.

Əgər Putin 2020-ci ildə Azərbaycan və Ermənistan arasında 44 günlük savaşa son qoymaq üçün müdaxilə etməsəydi, Azərbaycan qüvvələri “Dağlıq Qarabağın” mərkəzi Xankəndini (Stepanakert) ələ keçirəcəkdi.

Bütövlükdə, siyasi faktlar göstərir ki, hazırda Bakı üstün mövqeyə malikdir və qaz, habelə tranzit kartından istifadə etməklə Qafqazda gedən proseslərdə Avropa İttifaqının, hətta Moskvanın da fikrini özünə tərəf cəlb edə bilib. Bunlardan ən əsası isə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən Zəngəzur dəhlizidir. İndi Bakı Qarabağın nəfəsgahı kimi Laçın dəhlizinə nəzarət etməklə İrəvana təzyiqini ikiqat artıra və öz tələblərini diktə edə bilər ki, qarşıdakı həftələrdə proseslərin gedişatını gözləmək lazımdır”.

https://bit.ly/3d4Y8Wo