İran saytının anti-Azərbaycan mövqeyi

“Əliyev İngiltərə kraliçasının ideallarına sədaqətini ifadə edib



İranın daim anti-Azərbaycan yanaşması sərgiləyən “Khabar Online” saytı Azərbaycan Prezidentinin Britaniya kraliçası II Yelizavetanın ölümü ilə əlaqədar başsağlığı verməsinə qərəzli münasibət bildirib.

Belə ki, sayt Azərbaycan Prezidentinin basağlığı məktubunun gerçək mətnini təhrif edərək yazıb:

“Enerji mənbələri və dövlətçiliyinin intellektual əsasları Britaniyanın əlində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İngiltərə Kraliçası II Yelizavetanın ölümü ilə əlaqədar başsağlığı məktubunda onun ideallarına sədaqətini bildirib”.

Halbuki, Azərbaycan Prezidentinin başsağlığı məktubunda II Yelizavetanın ümumbəşəri ideallara sədaqətindən söhbət gedir.

https://bit.ly/3qyOH4p