Goranboyda minik avtomobili yanıb

Goranboy şəhərində avtomobil təmiri sexində təmirə dayanan VAZ markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.