Neft hasilatından ətraf mühətə vurduğu ziyan
Azərbaycanın neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə vurduğu ziyana görə 2023-cü il ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Suraxanı ƏŞ, Azgerneft, Balaxanı ƏŞ, Salyanoyl ƏŞ (GL şirkətlər qrupu) Heydər Əliyev adına neft emalı zavodunun 10 saylı BTQ və SOCAR Azneft İB Siyəzənneft NQÇİ-nin vəzifəli şəxsləri barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 264.1, 233.1. və 228-ci maddələrinə əsasən “İnzibati xəta" haqqında protokollar tərtib olunmuş və ümumilikdə 16 500 (on altı min beş yüz) manat cərimə sanksiyası tədbiq edilmişdir
Suraxani OİL ƏŞ, Tağıyev ƏŞ (GL Şirkətlər Qrupu), Bahar Enerji ƏŞ və SOCAR Ə.C.Əmirov adına NQÇİ tərəfindən karbohidrogen hasilatı və emalı proseslərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və bu sahədə qəbul edilmiş normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar edildiyindən barələrində inzibati xətanın törədilməsi ilə əlaqədar hüquqi şəxs qismində protokollar tərtib edilmiş və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına göndərilmişdir¡;
Binəqədi Oyl ƏŞ (Global Energu Azerbaijan), SOCAR Heydər Əliyev adına neft emalı zavodunun 10 saylı BTQ müəssisələrində, SOCAR Azneft İstehsalat Birliyi Ə.C. Əmirov adına Neft Qaz Çıxarma idarəsinin Hacıqabul rayonunda yerləşən 3 saylı və İmişli rayonunda yerləşən 4 saylı neft qaz çıxarma sahələrində aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün “Ətraf mühitin mühafizəsi “haqqında Azərbaycan Respublikası qanununun71-ci maddəsinin 2-ci hissəsinin 2.6-cı bəndinin tələblərinə əsasən icrası məcburi olan müddətli “Məcburi göstəriş”lər verilmişdir.
Mirvari Qəhrəmanlı