"İcra başçısının sabiq birinci müavini pulumuzu vermir" - VİDEO
Göyçay rayonu Ləkçıplak kənd sakinləri tərəfindən gundemxeber.az-a daxil olan şikayət məktubunda qeyd olunur ki, "Göyçay rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyev tərəfindən bizə 34 000 manat dəymiş ziyanı ala bilmirik. Hansı ki, İkram Vəliyev bizə 34000 manat ziyan vurmasını təsdiq edən konkret subutlar var və hətta özüdə bunu etiraf edir. Ancaq bizə vurduğu ziyanı ödəmək istəmir. Belə ki, biz üç nəfər şərik 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurma meyvəsini İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığdıq. Razılaşmaya əsasən 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8000 manat pulu ödəmişik. Dekabırın sonuna kimi xurma meyvəsinin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34000 manat dəyərində meyvə xarab olmuşdur. Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə olmuşdur. Nəticədə də bizə 34000 manat ziyan dəymişdir. İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir. Bunuda İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir.
Biz həmin xurma meyvələrini sakinlərdən almışdıq ki, satıb gəlir əldə edib onların pulunu ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq pulu ödəyə bilmirik hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik.
Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı milyarder Fərhad Əhmədova məxsusdur.Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünə məxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin etmişdir.
İkram Vəliyev köhnə qaydada səhlənkarlıq və özbaşınalıqla işlədiyi üçün bizə 34000 manat ziyan dəymişdir. Qeyd edək ki, İkram Vəliyev bizim yaşadğımız Ləkçıplak kəndində yaşayır.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayıb çox-çox xahiş edirik ki, İsmayıllı rayon polis şöbəsində işləyən zabit oğlu Nicat Vəliyevin vəzifə səlahiyətlərinə arxayın olub bizə 34000 manat ziyan vuran icra başçısının sabiq birinci müavini İkram Vəliyevin barəsində tədbir görüb bizə vurduğu ziyanın ödənilməsinə göstəriş verəsinlər."
Xəbər Lenti
Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var