Deputatlar Putinin istefasını tələb etdi!
Rusiyanın 18 rayonundan olan bələdiyyə deputatları Rusiya prezidenti Putinin istefası tələbi ilə petisiya imzalayıblar.
Bu barədə Sankt-Peterburq bələdiyyəsi okan "Semenovski"nin sədir müavini Kseniya Torstrem məlumat verib. Söhbət Moskva, Sankt-Peterburq və Kolpinodan olan deputatlardan gedir.
Bəyanatda Putinin hərəkətlərinin Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər verdiyi bildirilir. Müraciət yazılarkən ən azı 20 bələdiyyə deputatı tərəfindən imzalanıb.
Petisiyaya qoşulanların sayı saatbasaat artmaqdadır.