AMEA-nın beş əməkdaşı işdən çıxarılıb - FOTO
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb.
Bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub.
Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər.
Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.