Magistral yolu tüstüyə bürüyən sürücü cəzalandırıldı - VİDEO
Bakı-Qazax magistral yolunda avtomobillərin hərəkətini çətinləşdirən nəqliyyat vasitəsinin görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, magistralda hərəkət edən minik avtomobillərindən birindən çıxan qatı tüstü görmə məsafəsini çətinləşdirib. Bəzi sürücülər isə yola duman çökdüyünü zənn ediblər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, artıq nasaz avtomobillə yüksəksürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görülüb:
“Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü BDYPİ-də araşdırılıb.
Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb”.