Müdafiə Nazirliyi sərhəddə son sutka ərzində baş verənlərlə bağlı məlumat yayıb
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.
Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Qeyd edək ki, son sutka ərzində Ermənistan-Azərbaycan sərhədində şiddətlı döyûşlər gedir, döyüsler bu gecə də devam edib.
Ermənistan mənbələri bildirir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə saat 02:30-da atəşkəs haqqında ilkin razılıq əldə olunub. Azərbaycan mənbələri isə bunu təkzib edirlər.
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən gecədən indiyə qədər telefonla Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə danışıb. Mövzu isə guya Azərbaycan Ordusunun Ermənistana hücumu olub.