Ölkə hələ də köhnə qaydalarla idarə edilir
Rəsmən dələduzlar ölkəsidir: naziri dələduz, komitə sədri dələduz, icra başçısı dələduz, bələdiyyə sədri dələduz, jurnalisti dələduz, müəllimi dələduz, həkimi dələduz, prokuoru dələduz, hakimi dələduz, polisi dələduz, FHN əməkdaşı dələduz, MTN əməkdaşı dələduz, səfiri dələduz...
Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov "Məhsul" stadionunu sahibkarlara 5 milyon 500 min manata satmaq adıyla 900 min manat alıblar...
Guya son illər ölkədə rüşvətə, korrupsiyaya qarşı mübarizə gedir. Bu fakt o mübarizənin saxta olduğuna gerçək örnəkdir. Yəni kimsə başqa xəyala düşməsin, yanlış anlamasın, belə "mübarizə" xəbərlərinə aldanmasın, ölkənin elə köhnə qaydalarla idarə olunduğunu bir daha bilsin...
Rövşən Hacıbəyli