Ermənistan itkilərini açıqladı - 49 ölü

Dünən Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən qarşıdurmada Ermənistan itkilərinin sayıni açıqladı. Baş nazir Nikol Paşinyan mediaya açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələri 49 nəfər canlı qüvvə itirib.

Paşinyan əlavə edib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Danışıqlar zamanı Azərbaycan tərəfi Nrnadzordan (Zəngəzurun Nüvədi kəndi) Yeravana kimi ərazi iddiası ilə çıxış edir: "Biz Ermənistan ərazisindən dəhliz təmin etmək fikrində deyilik. Lakin biz Ermənistan ərazisindən kommunikasiya xətlərinin açılmasında maraqlıyıq. Hazırda döyüş əməliyyatlarının intensivliyi azalıb, lakin bir-iki istiqamətdə azərbaycanlıların hücumları davam edir".