Rusiya dağilmaq ərəfəsindədir
Dadaş Əhmədli
Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı hərbi əməliyyatların yenidən alovlanması, hər iki tərəfdən ölən və yarananların olması (Ermənistan hələlik onlar tərəfindən ölənlərin 49 nəfər olması, amma bu rəqəmlərin daha da arta biləcəyini bildirib. Bəzi KİV-də 180-200 rəqəmləri də yer alır. Azərbaycanın da müxtəlif bölgələrinə şəhidlərin gəlməsi ilə bağlı məlumatlar olsa da, rəsmi rəqəmlər barədə hələlik hökumət susqunluq nümayiş etdirir), ABŞ-ın nümayəndəsi Filip Rikerin Bakıya gəlməsi, Azərbaycan, Ermənistan və Türkiyənin Səmərqənddə keçirilməsi gözlənilən Sanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısında iştirak etmə istəkləri kimi hadisələrə baxdıqda bunların hamısının bir-biri ilə əlaqəsi olduğunu görməmək mümkün deyil. Dəngələr dəyişir və bu dəyişikliklər fonunda hər kəs ya daha çox nəsə əldə etmək, ya da əlində olanları qoruyub, saxlamaq üçün cəhd göstərir. Hadisələrin mərkəzində isə şübhəsiz ki, Ukraynada davam etməkdə olan müharibə və bu müharibədə Rusiyanın məğlub olma ehtimalının gündən-günə artması dayanır.
Bunu yaxşı anlayan Rusiya prezidenti Vladimir Putin dünən müxtəlif tərkibdə və formatda bir neçə görüş keçirib, ünsiyyətin böyük hissəsi videobağlantı vasitəsilə baş tutub. Müzakirə olunan əsas məsələ səfərbərliyin zəruriliyi olub. Qeyd etməliyəm ki, Putin səfərbərliyin tərəfdarıdır və yalnız onun ətrafındakı bir sıra şəxslərin, o cümlədən hərbi və güc bloklarının liderlərinin daimi tövsiyələri, üstəlik, prezidentin patoloji qətiyyətsizliyi bu ilin yaz və yay aylarında hərbi vəziyyət səfərbərliyin elan edilməsinə imkan verməyib.
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasındakı öz sahəsində yüksək ixtisaslı mütəxəssis və analitik olan ekspertlərin tövsiyələrində və məruzələrində Putinə səfərbərliyin iyulun 15-nə qədər keçirilməsinin məqsədəuyğunluğu və bu tarixdən sonra səfərbərliyin effektivliyinin tam itirilməsi barədə xəbərdarlıq ediblər. Dünən prezidentə bu ekspert qrupunun hazırkı dövrdə səfərbərliyin təhlükəli nəticələrindən bəhs edən yeni hesabatı təqdim olunub və bu hadisənin nəticələri arasında ortamüddətli perspektivdə vətəndaş müharibəsi və ölkənin dağılması xəbərdarlığını ediblər. Mütəxəssislər Bryansk, Kursk, Belqorod, Voronej və Rostov vilayətlərinin bəzi əraziləri üzərində nəzarəti itirmək qorxusunu da təsdiqləyiblər. Bu barədə əvvəllər xəbərdarlıq ediblər və dərhal tədbir görməyi tövsiyə ediblər. Nəzərə alsaq ki, dünən Belqorod vilayətinin qubernatoru prezidentdən təxliyənin heç olmasa, regionun sərhədyanı ərazilərində həyata keçirilməsinə icazə verilməsini xahiş edib. Görünür, tövsiyə olunan tədbirlər artıq çox gecdir. Dünən prezidenti az qala danışdığı hər kəs səfərbərlikdən çəkindirib. Güc blokunun rəhbərliyi səfərbərliyin əleyhinədir. Birincisi, bununla bağlı etiraz əhval-ruhiyyəsindən, ikincisi, Rusiya məğlub olacağı təqdirdə, ölkə rəhbərliyi tərəfindən özlərinə xəyanət olunmuş hesab edəcək çoxlu sayda silahlı insanlardan ehtiyatlanırlar.
Hərbi blokun rəhbərliyinin bir hissəsi də səfərbərliyi gecikmiş qərar hesab edir və vicdanla deyirlər ki, onun həyata keçirilməsi artıq mənasızdır. Putin özü hələ qərar verməyib, lakin yaxın vaxtlarda qərar verəcək. Prezidentin ətrafı Ukraynada işğal olunmuş ərazilərin saxlanmasının şərtlərini və imkanlarını müxtəlif cür qiymətləndirir. Çoxu başa düşür ki, gec-tez, onsuz da onlar getməli olacaqlar və bunu qaçmaq və ya məğlub olmaqdansa, “xoşməram jesti” ilə və ya Ukrayna tərəfi ilə razılaşmalarla motivasiya etmək daha yaxşıdır. Putinin özü hələ də qalib gəlməyə ümid edir və yəqin ki, ölkəni onunla birgə dəfn etməyə də hazırdır.