Cəbhədə hərbi əməliyyat davam edir


Erməni mənbələri məlumat yayaraq bildiriblər ki, Sotk (Zod) qəsəbəsində yerləşən hərbi hissə Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində tamamiylə sıradan çıxıb. Xeyli sayda ölən və yaralıların olduğu bildirilir.

Bu saatlara olan məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin bir çox istiqamətlərində döyüşlər davam edir. Sərhədə yaxın kəndlərdən dinc əhali təxliyə edilib. Xeyli sayda hərbi obyektlərin vurulduğu və hərbi itkilərin olduğu bildirilir.