Şəhidin var, Azərbaycan

Xaçmaz Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Mərhum 3 uşaq atası idi.
Qazaxın üçüncü, Kəmərlinin ikinci şəhidi Qazax rayonu Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və yaxınları tərəfindən təsdiqlənib.
Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayevun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Mərhumun 1 övladı var idi. Şəhidin cənazəsi Gəncədən doğulduğu kəndə gətirilir.
Abşeron rayon sakini, əslən Tovuz şəhərindən olan baş gizir Firuz Məzahir oğlu Əhmədovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və yaxınları tərəfindən təsdiqlənib. Mərhumun 3 övladı var idi.
Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüd Sərxan Mübariz oğlu Ömərovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və şəhidin yaxınları tərəfindən təsdiqlənib.
İsmayıllının Talıstan kənd sakini, 1996-cı il təvəllüd baş leytenant Cavidan Zaur oğlu Bədəlovun gecə baş verən döyüşlərdə şəhid olduğu deyilir. Məlumatı şəhidin yaxınları təsdiqləyiblər.
Qazaxın Daş Salahlı kənd sakini, gizir Azad Zakir oğlu Kərimovun gecə baş verən döyüşlərdə şəhid olduğu deyilir. Məlumatı şəhidin ailə üzvləri təsdiqləyiblər. Hazırda adbaad məndəki siyahıya görə ümumi şəhid olan Azərbaycan hərbçilərinin son məlumata görə sayı 25 nəfərdir.
Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüd hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlının da şəhid xəbəri yayılıb. Məlumatı şəhidin yaxınları təsdiqləyiblər.
Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətovun da bu gün şəhid olduğu deyilir. Ailəlidir, iki azyaşlı övladı qaldı. İkinci övladını cəmi iki gün görmək nəsib oldu. Ailəsinə məlumatı rəsmi qurumlar təsdiqləyiblər.
Sağda Kəlbəcər rayon sakini, 1999-cu il təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov və solda Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımovun da şəhid olduğu bildirilir. Məlumatı ailələrinə Səfərbərlik Dövlət Xidməti çatdırıb.
Solda Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüd Emin Elnur oğlu Fərzəliyev və sağda Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov şəhid olublar. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çatdırıb.
Solda Şəmkirin Şeidlər kənd sakini 27.11.1996-cı il təvəllüdlü, MAXE Xəyal Elxan oğlu Süleymanov və sağda Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizlinin də şəhid olduğu bildirilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verib.
Neftçalanın Bankə qəsəbəsinin sakinləri 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev (sağda) və hərbçi Rafael Rüfət oğlu Fətullayevin (solda) də şəhid olduğu deyilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çatdırıb.
Beyləqan rayonu ll Aşıqlı kənd sakini, gizir Ağazadə Mirtalib Mirheydər oğlu ötən gecə baş verən döyüşlərdə şəhid olub. Şəhidimizin Anası və həyat yoldaşı rəhmətə gedib. Bir körpəsi var.
Solda Gəncə şəhər sakini, 1998-ci il təvəllüd Erkin Ədalət Hüseynov və sağda Oğuz rayon, Qarabaldır kənd sakini, 1980-ci təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasovun şəhid olduğu bildirilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verib.
Solda Lənкəranın Üzümçülük yaşayış ərazi sakini, 1998-ci il təvəllüd Xəyal Əlövsət oğlu Əhədzadə və sağda Bakının Sabunçu rayon sakini, əslən Tərtər Evoğlu kəndindən olan, 1996-cı il təvəllüd Məftun Seymur oğlu Əhmədzadənin şəhid olduğu deyilir. Rəsmi qurum yaxınlarına məlumatı təsdiq edib
Solda Biləsuvar rayonu Amankənd sakini XTQ giziri Hüseynov Ziyarət Mayıl oğlu və sağda Yevlax rayonu Gülövşə kənd sakini, 1990-cı il təvəllüd Təbriz Rəhim oğlu Rəhimovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.