Çin hərbiçiləri Rusiyaya gedir
Çin öz ordusunu bir neçə başqa ölkənin iştirak etdiyi birgə təlimlər üçün Rusiyaya göndərəcəyini açıqlayıb. Onların arasında Belarus, Hindistan, Monqolustan və Tacikistan da var.
Çin Müdafiə Nazirliyi əmin edib ki, qoşunların birgə təlimlərdə iştirakı “mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil”.