Gürcüstan Azərbaycana və Ermənistana yeni dialoqda ev sahibliyi təklif edib
“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında növbəti hərbi eskalasiyanı və qarşıdurma nəticəsində yaranmış vəziyyəti narahatlıqla müşahidə edirik”.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Bəyanatda tərəflər təmkinli olmağa çağırılıb: “Məlumata görə, ölən və yaralananlar var. Tərəflərin danışıqlar rejiminə keçməsi və daha da gərginləşməməsi lazımdır. Vəziyyətin gərginləşməsi bütün regionun təhlükəsizliyinə çox mənfi təsir göstərəcək. Gərginliyin qarşısını almaq və dialoqun yenilənməsini təmin etmək üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusilə vacibdir. Gürcüstan regionda sülhün və sabitliyin bərpasında fəal iştirakını davam etdirməyə hazırdır, o cümlədən Gürcüstanda tərəflər arasında dialoqa ev sahibliyi etməyi təklif edir”, - deyə nazirliyin bəyanatında qeyd olunub.