Son günlar cəbhədə nələr baş verib?
Həbib Müntəzirin qənaəti
Son iki gündə baş verənlərin qısa xülasəsini Həbib Müntəzir öz Teleqram kanalında dəyərləndirib. Postu olduğu kimi dərc edirik:
Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə məlumatına əsasən, ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur.
Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb.
Sonradan Xüsusi Təyinatlılar Qüvvələri qrup halında kəşfiyyat üçün hücuma keçirərək, açıq ərazidə hədəf halına gəliblər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar.
Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir.
Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb.
Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.