Şuşada iclas keçrildi
Sentyabrın 14-də Şuşa şəhərində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının Müşahidə Şurasının iclası keçirilib.
İclasda İsrail şirkətləri tərəfindən Qarabağda və Azərbaycanın digər bölgələrində potensial layihələrin icrasına dair təqdimatlar keçirilib, palatanın 2023-cü ildəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkələrimiz arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
İclas çərçivəsində KOBİA, İsrail Ticarət Palataları Federasiyası və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.