Azərbaycanda internet nədən dayandırildı?!

İnternetin dayandırılması vətəndaş və istehlakçı hüquqlarının pozulmasıdır

 

Ötən gûnün ikinci yarısında DTX məlumat yaydı ki, Azərbaycanda Tik-Tok sosial şəbəkəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Bu Tik-Tok istifadəçilərinin xoşuna gəlməsə də, cəmiyyətdə birmənalı qarşılanmadı. Çoxlari dilə gətirməsən də, düşündü kı, nə yaxşı oldu...

Lakin bunun ardınca, axşam saatlarında internetin verlişi dayandırıldı. Heç bir xəbərdarlıq və açıqlama vermədən, hər hansı bir xidmətin səbəb göstərilmədən dayandırılması ilk növbədə istehkakçı və vətəndaş hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. Artıq ölkədə internetin kəsilməsindən 14 saatdan çox vaxt keçib, hələ də internetin kəsilməsi ilə bağli heç bir açıqlama verilmir. Provayderlər deyir ki, bizim işimizdə heç bir problem yoxdur. 

Düzdür, təcrübədən çıxıs edərək cəmiyyət anlayır ki, bu cəbhədə vəziyyətlə əlaqədardır. Çünki biz cəmiyyət olaraq 44 günlük müharibədə bunu yaşamışıq. O vaxt da internetin verilişı dayandırildı, informasiya almaq və vermək çətinləşdi. 

Dövlət o zaman da, yəqin ki, indi də, bunu düşmən tərəfin əlinə kəşfiyyat xarakterli məlumatların keçməsinin qarşısıni almaq üçûn görülən tədbir kimi izah edəcək. Amma bizim başqa bir təcrübəmiz də var artıq. 24 fevraldan bəri Rusiya ilə Ukrayna arasında mûharibə gedir. Rusiya kimi nəhəng dövlət guya yuxarıda göstərdiyimiz səbəbdən öz ərazisində interneti məhdudlaşdirıb. Lakin buna rəğmən, onun rəqibi olan Ukrayna öz ərazisində internet yayının daha mütərəqqi texnologiya ilə təkimleşdirib ki, vətəndaşlarınin bir-biri və hökumət qrumları ilə əlaqəsi daha mükəmnəl təşkil edilsin. Ukraynada internetin daha sürətli verilməsi Rusiya kimi ölkəyə kəşfiyyat məlumatları əldə etməyə imkan vermirsə, Azərbaycanda bir neçə günlük əməliyyatda belə internetin normal işləməsi ermənilərə kəşfiyyat məlumatları almağa imkan verir? 

Azərbaycan və Rusiya kimi qeyri-şəffaf ölkələrdə belə məhdudiyyətlərin qoyulması, rəsmi qrumların informasiya axınında özəl xəbər yayımçılarından geri qalması hökumətin qara əməllərini ört-bastır etməkdən başqa bir şey deyil. Bariz nümunə Ukrayna təcrübədidir. Ukraynada internetin sürəti artırılib ki, imkanı olan hər kəs olduğu yerdən informasiya verərək cəmiyyəti və hökuməti xəbərdar edir. Bu isə hər halda işin xeyirinədir. Çunki Ukrayna hökuməti şəffaf  və demokratik prinsiplərə əsaslanaraq fəaliyyət gıstərir, onun cəmiyyət qarşısında qaranlıq qalacaq heç nəyi yoxdur. Bu birilər isə göz qabağindadır...

Akif Nəsirli