Gecənin mühüm Avropa xəbərləri
Gecənin əsas xəbərləri ☕️ ????
Anonim mənbələrə görə, ABŞ və bəzi Avropa ölkələrinin nümayəndələri Ukraynadakı vəziyyətlə bağlı iclas keçirmək xahişi ilə BMT Təhlükəsizlik Şurasının sədrinə müraciət ediblər.
Bu gündən etibarən Estoniyada Rusiya vətəndaşlarına vizanın verilməsini və Şengen vizası ilə ölkəyə girişini məhdudlaşdıran hökumət fərmanı qüvvəyə minir. Ölkə rəsmilərinin sözlərinə görə, iş, təhsil və sahibkarlıq məqsədi ilə vizaların verilməsi üçün əvvəllər mövcud olan istisnalar da ləğv ediləcək. İstisna halı kimi hökumət Estoniya universitetlərində təhsilini başa çatdıran tələbələr üçün yaşayış icazəsinin müddətini bir ilə uzadacaq.
"Fitch" agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini "RD"dən (məhdud defolt) "CC"yə (çox yüksək kredit riski) yüksəldib. Azalma ötən həftə ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü ilə qədər təxirə salınması ilə bağlı baş verib. Artım avrobond sahiblərinin borcun restrukturizasiyasına razılıq verməsindən sonra mümkün olub