Erməni saytı son əməlyyatlar barədə yazır

Ermənistanın "Hayaliq" nəşri açıq mənbələrin monitorinqinə istinadən iddia edir ki, Azərbaycan Ordusu aşağıda qeyd olunan istiqamətlər üzrə Ermənistanın suveren ərazilərini ələ keçirib:

1. Geğarkunik (Göyçə mahalı) bölgəsində 25 kv. km ərazini ələ keçirib,
2. Axpradzor (Yuxarı Zağalı) istiqamətində 4,5 km irəliləyərək Xorapor dağına (2906 m) çatıb,
3. Verin Şorja (Yuxarı Şorca) istiqamətində 8 km irəliləyərək, Çermakakar (2747 m), Uxtasar (2851m) və 2484 m hündürlüklü adsız yüksəklikləri ələ keçirib,
4. Norabak (Əzizli) istiqamətində 7 km irəliləyərək 2338,6 m hündürlüyə malik adsız yüksəkliyi ələ keçirib.

Nəşr iddia edir ki, son 2 ildə Azərbaycan Ordusu Ermənistan ərazisinin ümumilikdə 150 km²-ə yaxınını, yəni 15 min hektarlıq ərazini ələ keçirib.