Çinin Qazaxıstan və Qırğızıstanla sərhədində güclü zəlzələ baş verdi

Çində Qazaxıstan və Qırğızıstan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 535 min nəfər əhalisi olan Aksu rayonundan 155 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Mənbə: TASS