Bakı küçələrində medalları ilə dilənən qazi
Şəhid valideyinləri, qazilər və müharibə iştirakçılarınız olan döyüşçülər Azərbaycan xalqının mənəvi dəyərləridir. Ona görə də dövlət bu kateqoriyadan olan insanlara daha həssas yanaşmalıdır. Çox təəssüf ki, bəzi hallarda biz bunun əksini görürük.
Məsələn, Ağdaş rayonundan gələn Samit Samir oğlu Quliyev qazi statusu alsa da, əlillik dərəcəsini Sosial Müdafiə nazirliyi vermir. Bu necə ola bilər ki, əsgər ərazidir, amma əlil deyil? O, da gecənin saatılarında, yanında bacısı, əlil srabasında Yasamal rayonu Əsəd Əhmədov küçəsində olan "Bravo" marketin qabağında medallarını da qarşısına qoyub, çarəsiz şəkildə dilənir. Utandığından üzünü də göstərmir. Əslində isə utanan o, deyil, Azərbaycan dövləti və cəmiyyəti olmalıdır. Çünki bu adam sağlamlığını bu dövlət və xalq yolunda itirib.
Biz bu uşaqların qanı, canı, həyatı bahasına toroaqlarımızı azad edərək, slnımizdaki ləkəni dildik. Amma qayğıya, dəstəyə gələndə onlarıın qürurunu belə alçalçaldaraq, dilənməyə Vadar edirik. Onlar hər şeylərini fəda edəcək, biz onların qanı, canı bahasına düşmənə yumruq silkələyəcək, sonda isə onları belə sındıracaqsız? Nə qədər olar axı? Niyə bu cür mənzərələr yaşanmalıdır?