Sutkanın son xəbərləri

 KTMT-nin əməliyyat qrupu Ermənistana gəlib. Missiya Azərbaycan-Ermənistan sərhədində münaqişənin həlli ilə bağlı təkliflər hazırlayacaq. Qurumun rəhbəri artıq Ermənistanın müdafiə naziri Suren Papikyanla danışıqlar aparıb.
                          ***
 Bu həftə sonu ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ölkəyə dəstək nümayişi olaraq Ermənistana səfər edəcək. Onun Yerevanda baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

                       ***

Dünya Bankının yeni hesabatına görə, qlobal iqtisadiyyat gələn il siyasətin sərtləşdirilməsinin aqressiv dalğası ilə əlaqədar tənəzzüllə üzləşə bilər. Pul siyasətində bu cür dəyişikliklər maliyyə vəziyyətin pisləşməsi və qlobal artımın ləngiməsinin dərinləşməsi baxımından gözləniləndən daha ciddi nəticələrə səbəb olacaq.
                           ***
 Avropa Parlamenti bildirib ki, Macarıstan artıq demokratik ölkə sayıla bilməz, ölkədəki Avropa dəyərləri daim təhlükə altındadır. Agentliyin hesabatında deyilir ki, ölkə “seçki avtokratiyasına” çevrilib. Deputatlardan 433-ü bəyanatla razılaşıb, 123-ü qarşı çıxıb, 28-i isə bitərəf qalıb.
                           ***
 Harvardda 32-ci Şnobel və İqnobel Mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafatlar 10 nominasiya üzrə təqdim edilib, tədbir onlayn şəkildə keçirilib. Bütün qaliblərə “biliklərin saxlanması üçün konteyner” rəmzi olan kağız silindrlər təqdim olunub. Həmçinin qaliblər 10 trilyon Zimbabve dolları dəyərində mükafat alıblar (bu pul artıq dövriyyədən çıxıb).