Livan-İsrail gərginliyi güclənir: İsrail ilk dəfə şərq istiqamətində zərbələr endirdi - FOTO

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanına daxil olub və Beyrutdan 65 kilometr şimal-şərqdə yerləşən Baalbek şəhərinin ətraflarına raket zərbələri endiriblər.

Balbeek şəhərində isə şiə silahlı “Hizbullah” hərəkatının böyük forpostu yerləşir.

Bu barədə “Əl Hadath” telekanalı məlumat verib.

Məlumata görə, Livanın şərqində şiə bazalarına hava hücumu 2006-cı il münaqişəsindən sonra ilk dəfə həyata keçirilib.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri hazırda Livanın dərinliklərində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirir.

Mənbə: Vzqlyad.ru