Müdafiə Nazirliyi təkzib etdi
Azərbaycan Ordusunun mühasirədə qalan şəxsi heyəti yoxdur
Müdafiə Nazirliyi məlumat yayaraq bildirin ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Məlumatda bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.
"Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq" MN məlumatında bildirir.