Azərbaycan ispandilli ölkələrdə erməni ideologiyasına necə qarşı çıxır? - VİDEO
32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində xalqımızın soyqırımı baş verib. Dünya vaxtaşırı təkcə müharibələrlə deyil, həm də bir xalqın digər xalqa qarşı nəzarətsiz təcavüzü ilə sarsılır, bəzən bu, aqressiyaya məruz qalanın məhvinə səbəb olur. Bu dəhşətli hadisə soyqırımı adlanır. Bu sözün arxasında qeyri-insani qəddarlıq, göz yaşları, ölümə məhkum edilmiş günahsız insanların qanı dayanır.
Bu gün iyirmiyə qədər ölkə və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bəs Ermənistanın Xocalı soyqırımını tanıması üçün nə baş verməlidir? Bu ölkənin rəhbərliyi ədalətli addım atsa, erməni xalqı necə reaksiya verəcək?
CBC kanalının “Uğur postulatları” (“Postulatı Uspexa”) proqramı çərçivəsində Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, tərcüməçi, müəllim Mahir Qurbanov bu və digər suallara cavab verib, fikirlərini bölüşüb, ispandilli ölkələrdə erməni ideologiyasına necə qarşı Azərbaycanın necə qarşı çıxdığından danışıb.
Ətraflı süjeti təqdim edirik: