Litvanın İsveçdəki səfiri Rusiyanı Kalininqradın məhv edilməsi ilə hədələyib - FOTO
Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus Rusiyanın NATO-ya hücum etdiyi təqdirdə Kalininqrad şəhərinin məhv ediləcəyini söyləyib.
O, bu barədə “X” hesabındakı yeni paylaşımında bildirib.
“Əgər Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk olaraq Kalininqrad zərərsizləşdiriləcək”, - deyə Linkyaviçyus yazıb.
O əlavə edib ki, İsveç alyansa qoşulduqdan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevrilib. Siyasətçinin sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı bəyanatları gerçəyə çevrilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva NATO ölkələrinə hücum etmək niyyətində deyil. O, bu tezislərdən biriniABŞ-li jurnalist Taker Karlsona müsahibəsində səsləndirib.
After #Sweden was integrated into the Alliance, the Baltic Sea became an internal #NATO sea. If #Russia dares to challenge NATO, Kaliningrad would be "neutralized" first. Russia's previous false accusations that it is surrounded by NATO are now becoming a reality. pic.twitter.com/f3ftiMO4ED
— Linas Linkevicius (@LinkeviciusL) February 27, 2024
Mənbə: octagon.media