Buz bağlayan Kür çayı, kirpikləri donan sakinlər: 34 dərəcə şaxtanın yaşandığı Ardahandan görüntülər - FOTO

Son günlər şiddətli şaxtaların müşahidə olunduğu Türkiyənin Ardahan şəhərində havanın temperaturu mənfi 34 dərəcəyə enib. Bu səbəbdən regiondan keçən Kür çayının bəzi hissələri donub, küçəyə çıxan sakinlərin hətta kirpikləri buz bağlayıb.

Bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb.

Sakinlər son onilliklər ərazində ilk dəfə belə soyuqlara şahid olduqlarını bildiriblər.

Mənbə: TRT Haber