İrlandiya prezidenti xəstəxanaya yerləşdirilib

İrlandiya 82 yaşlı prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Əvvəlcə həkimlər dövlət başçısını Dublindəki “Feniks Park” prezident iqamətgahında müayinə ediblər.

İlk müayinə heç bir narahatlıq yaratmasa da, M.Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib.

Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilir.

Mənbə: RTE